29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ və NATO-ya çağırış: Balkanlarda təhdidlərə qarşı tədbir gör!

13 yan 2024 04:00
GÜNDƏM
ads
Advertisement

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç ABŞ ilə NATO-nun ölkəsində və Qərbi Balkan regionunda sabitliyə yönələn təhdidlərə qarşı tədbir görməsinin vacibliyini qeyd edib.

Publika.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Qərbi Balkan regionunda baş verən proseslərə diqqət çəkən Denis Beçiroviç ABŞ və Böyük Britaniyanın mümkün təhlükənin fərqində olduğunu bildirib.

“Qərbi Balkan regionu müxtəlif illərdə ciddi təhlükələrlə üz-üzə qalıb. Avropanın bu hissəsi Ukrayna ilə birlikdə Avro-Atlantik təhlükəsizlik arxitekturasının ən zəif nöqtəsidir. Avropa İttifaqı prosesləri yaxından izləyir. ABŞ da Bosniya və Herseqovinanın sabitliyini və iqtisadi inkişafını dəstəkləyir. ABŞ və NATO Bosniya və Herseqovina və Qərbi Balkan regionunda sabitliyə yönələn təhdidlərə qarşı hərəkətə keçməlidir. Həmçinin NATO-nun Bosniya və Herseqovinada sülhü, ərazi bütövlüyünü və suverenliyi qorumaq kimi öhdəliyi var”, - deyə o vurğulayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur