Xalq artisti Ağadadaş balta atdığı mühafizəçi ilə barışıb.
QÜTB.AZ “Qafqazinfo"ya istinadla xəbər verir ki, tərəflər arasında notarius qaydasında barışıq əldə olunub.
Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.
Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.
Bu dəqiqələrdə iş üzrə növbəti məhkəmə prosesi başlayacaq.
Qeyd edək, A.Ağayevlə birgə insident iştirakçısı Nurəddin Cəlilov da mühakimə edilir. Onların hər ikisi xuliqanlıqda ittiham olunur.