Rusiyanın Leninqrad vilayətində ticarət mərkəzlərinin birinin ayaqyolunda ata altı yaşlı oğlunu zorlayıb.
Publika.az xəbər verir ki, bu barədə REN TV-dəki mənbə məlumat verib.
Hadisə Kinqisepp şəhərində baş verib.
"40 yaşlı kişi ticarət mərkəzinin ayaqyolunda altı yaşlı oğluna təcavüz edib", - kanalın həmsöhbəti bildirib.
Hücum edən şəxsə qarşı “Seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi ilə cinayət işi başlanıb. Həmin şəxs martın 20-də saxlanılıb.
Onun əvvəllər “rüşvət vermə” və “rüşvət alma” maddələri ilə məhkum olunduğu məlum olub.