10.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

İtkin düşən bacı və qardaşa görə İstanbul boğazında hərəkət dayandı

04 yan 2025 03:01
DÜNYA
ads

İstanbul boğazında gəmilərin hərəkəti bir neçə saatlıq dayandırılıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyinin məlumatında qeyd olunub.

Məlumata görə, buna səbəb bir aydan çoxdur boğaz sularında itən bacı və qardaşın axtarışları olub.

“Dənizə düşən bacı və qardaşın axtarışları çərçivəsində gəmilərin Bosfor boğazından tranziti hər iki istiqamətdə dayandırılıb”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, noyabrın 23-də Sarıyer bölgəsində Ayşə Can dənizə yıxılıb, bacısını xilas etməyə çalışan qardaşı Velat onun arxasınca qaçaraq suya düşüb. 40 gündən artıq aparılan axtarışlara baxmayaraq, itkin düşənlər hələ də tapılmayıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur