Ağ Evin mətbuat xidməti hakimlər heyətinin keçmiş ABŞ prezidenti Donald Trampı maliyyə fırıldaqlarında təqsirli bilməsini qanunun aliliyinə hörmət əlaməti kimi qiymətləndirib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezident administrasiyasının mətbuat katibi Yan Sem bildirib.
Vaşinqton daha ətraflı şərh verməkdən imtina edib.
Bundan əvvəl Nyu-Yorkda hakimlər heyəti Trampı keçmiş porno aktrisa Stormi Danielsə pul ödəməsində "Trump Organisation"ın maliyyə sənədlərinin saxtalaşdırılmasına dair cinayət işinin bütün 34 maddəsi üzrə təqsirli bilib. Ağ Evin keçmiş rəhbəri heç bir ittiham üzrə təqsirini etiraf etməyib.
Hüseyn İbadlı