Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron İrəvanla Bakı arasında sülhün bağlanması prosesini müzakirə ediblər.
Publika.az xəbər verir ki, ölkə liderlərinin Brüssel görüşünün təfərrüatları barədə TASS məlumat yayıb.
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Paşinyan və Makron Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları, Cənubi Qafqazda gedən prosesləri və Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığı müzakirə ediblər .
Hüseyn İbadlı