ABŞ prezidenti Co Bayden və keçmiş prezident Donald Trampın eyni gündə Meksika sərhədində yerləşən Texas ştatına səfər edəcəyi açıqlanıb.
Publika.az xəbər verir ki, Ağ Evin mətbuat sözçüsü Karine Jean-Pierre mətbuat konfransında jurnalistlərə açıqlama verib.
Pierre Baydenin cümə axşamı günü Texas ştatının Brovnsville şəhərinə səfər edərək sərhəd patrulunun rəsmiləri, hüquq-mühafizə orqanları və yerli liderlərlə görüşəcəyini bildirib.
Respublikaçıların təşviqat qrupunun verdiyi bəyanatda bildirilir ki, Baydenin səfəri Trampın əvvəllər elan edilmiş səfəri ilə üst-üstə salması qeyri-səmimi cəhddir.
Bayden və Trampın eyni günə təsadüf edən Texas səfəri 2024-cü il prezident seçkilərinə aparan prosesdə “Demokratlar və Respublikaçılar arasında sərhəd təhlükəsizliyi ilə bağlı səs toplama yarışı” kimi şərh edilib.
Roza