“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarə qəzasında həlak olanların nəşi Aktaudan Bakıya gətirilib.
QÜTB.AZ xəbər verir ki, AZAL-ın təyyarəsi qəza nəticəsində yaralanan 7 nəfəri və həlak olan 4 nəfərin nəşini Bakıya gətirib.
Bu gün həmçinin 7 yaralı Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə Bakıya gətirilib.