22.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Bu şəxslər 1500 manatadək cərimə ediləcək

22 yan 2025 16:00
GÜNDƏM
ads

İnzibati Xətalar Məcəlləsində lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı maddəyə daha bir bənd əlavə olunur.

QÜTB.AZ xəbər verir ki, bununla bağlı məsələ bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçiriləcək iclasının gündəliyinə daxil edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Belə ki, əlavə edilməsi təklif edilən bəndə əsasən, lisenziya sahibinin lisenziyanın şərtlərinə riayət etməsinə nəzarət edən orqanlar tərəfindən "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinin həyata keçirilməsi zamanı lisenziyanın sahibi tərəfindən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət edilmədikdə və həmin Qanunun 25.1.2-ci maddəsində müəyyən edilən göstərişlər yerinə yetirilmədikdə lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimatın göndərilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcəklər.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur