29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ərdoğan İraqdan qayıdarkən bu mesajı çatdırdı: Onları məhv edəcəyik

23 apr 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Türkiyə qonşuları ilə birlikdə PKK-nın sərhədlərində mövcudluğuna son qoyacaq.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 22-də səfərdə olduğu İraqdan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"İraq və Suriyada, xüsusilə Suriyada terror bataqlığı təkcə bizim səylərimizlə deyil, həm də hər iki ölkənin hökumətlərinin birgə səyləri ilə qurudulacaq", - Türkiyə lideri deyib.

“Biz fasilə vermədən bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdiririk. Bildiyiniz kimi, İraq və Suriyada PKK-ya qarşı mübarizəmiz uzun illərdir hərtərəfli olub. Bundan sonra da eyni qətiyyətlə davam edəcək. Bu mübarizə həm daxildə, həm də sərhədlərimizdən kənarda, beynəlxalq hüquq çərçivəsində və qonşularımızın ərazi bütövlüyünə hörmətlə davam etdiriləcək. Biz istərdik ki, qonşularımız üzləşdiyimiz təhlükələr qarşısında lazımi mövqe nümayiş etdirsinlər və biz bu mübarizəni birlikdə davam etdirək”, - Ərdoğan vurğulayıb. Onun fikrincə, PKK İraqda sabitliyə, inkişafa və sülhə təhlükə yaradır. “Bu təhlükəni aradan qaldırmaq İraqın da maraqlarına uyğundur. İnanıram ki, onlar bu reallığı görürlər və bu problemi aradan qaldırmaq üçün iradə nümayiş etdirəcəklər. Biz bu və ya digər şəkildə terroru məhv edəcəyik. Biz bu məsələdə qərarlıyıq. Heç vaxt döyüş meydanını terrorla, terror təşkilatları ilə əl-ələ verənlərin, terror təşkilatlarından istifadə edənlərin öhdəsinə buraxmayacağıq”, – deyə Türkiyə lideri bildirib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur