02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Rusiyanın Böyük Britaniya hədəsi: İki həftəyə məhv edə bilər

05 iyn 2024 11:00
GÜNDƏM
ads

Rusiya Silahlı Qüvvələri Britaniyanın tank qüvvələrini 14 gün ərzində tamamilə məhv edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph"da dərc olunan müəllif yazısında qeyd edilir.

Məqalədə təqaüddə olan polkovnik-leytenant Stüart Krouforddan sitat gətirilərək bildirilir ki, o, Birləşmiş Ştatların artıq Britaniyanı “birinci dərəcəli hərbi güc” hesab etməməsinə təəccüblənmir.

“Birinci səviyyə”yə əməl edilməməsinə misal olaraq, polkovnik-leytenant bu günə qədər Böyük Britaniyanın Kiyevi silahla təmin etmək üçün arsenalını tükətdiyini və eyni zamanda, yalnız 148 “Challenger 3” tankı almağı planlaşdırdığını göstərib. Bu rəqəmi "qorxunc dərəcədə kiçik" adlandırıb və xatırladıb ki, "bir müddət əvvəl" - Soyuq Müharibə zamanı - Britaniya Ordusunun Kral Zirehli Korpusu təxminən 900 tankdan ibarət idi.

Krouford bildirib ki, Rusiya ilə müharibədə "biabırçı dərəcədə kiçik tank donanması" iki həftə ərzində məhv ediləcək.

"Ukraynadakı hazırkı münaqişədən bir dərs çıxarmaq lazımdırsa, təbii ki, 148 tank kifayət etməyəcək", - polkovnik-leytenant deyib.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur