ABŞ və Böyük Britaniya Yəmənin şimal-qərbindəki Həccə və Hodeyda əyalətlərinə aviazərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Ümumilikdə dörd hava zərbəsi endirilib. Tələfat və dağıntılar barədə məlumat verilmir.
Bir gün əvvəl İsrail Müdafiə Qüvvələri Hodeyda limanına hücum edib.