İsrail ordusu ötən gün müharibənin başlamasından bu yana ən ağır əsgər itkisini verib. Maqazi düşərgəsinə hücumda 21 əsgərin ölməsi İsraili şoka salıb.
Publika.az xəbər verir ki,İsrail ordusu Qəzzanın mərkəzindəki Maqazi qaçqın düşərgəsindəki iki binaya nəzarətli söküntü üçün minalar döşəyib. HƏMAS üzvlərinin qumbara atması nəticəsində partlayıcılar işə düşüb və binalar dağılıb.
Hadisə nəticəsində 21 əsgər həlak olub. Bundan əlavə, zolağın cənubunda HƏMAS-ın hücumu zamanı daha 3 əsgər həlak olub. 24 əsgər itkisi İsraili şoka salıb.
Aysel Şahmar