Bu gün Azərbaycanda 44 günlük Vətən müharibəsinin başlanmasının 3-cü ildönümü qeyd edilir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. Qanı bahasına əldə etdikləri torpağın bir hissəsinə çevrilən qəhrəmanlarımızın məzarları ziyarət edilərək gül dəstələrinə qərq edilir.
Milli.Az APA-ya istinadən bildirir ki, şəhidlərimizi ziyarətə gələnlər sırasında ailəsi birlkidə uzun müdət erməni əsirliyində olan və ağlasığmaz işgəncələrə məruz qalan Rafiq Quliyev də var idi.
Qeyd edək ki, Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. O vaxtdan etibarən 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.
Milli.Az