02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

ABŞ Türkiyə ilə ANLAŞDI: Vaşinqtonun göndərdiyi Qəbul məktubu imzalandı

13 iyn 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Türkiyə ABŞ-la "F-16" qırıcılarının alınmasına dair müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə TRT Türkiyə Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

"ABŞ-dan "F-16" alqı-satqısı ilə bağlı müqavilələr imzalanıb və nümayəndə heyətləri arasında detallar üzərində iş davam edir", - mənbə məlumatı təsdiqləyib.

İyunun 6-da ABŞ Dövlət Departamenti bildirib ki, Türkiyə rəsmiləri yeni "F-16" qırıcılarının və "F-70/72" modifikasiya və modernləşdirmə dəstlərinin alınması ilə bağlı ABŞ tərəfinin onlara göndərdiyi Qəbul məktubunu (LOA) imzalayıb.

ABŞ bunu razılaşmanın əldə edilməsində irəliyə doğru böyük addım adlandırıb. İyunun 6-da ABŞ-ın Türkiyədəki səfiri Ceff Flake də Ankara döyüş təyyarəsi alqı-satqı müqaviləsinin irəlilədiyini açıqlayıb, lakin o, hər hansı təfərrüat açıqlamayıb.

Türkiyə biryerlik (F-16C) və ikiyerlik (F-16D) konfiqurasiyasında cəmi 40 ədəd "F-16 Block-70/72" qırıcısı, habelə uçuşun modernləşdirilməsi və genişləndirilməsi üçün lazım olan 79 dəst avadanlıq almağı planlaşdırır.

Buraya ehtiyat hissələri, zəruri xidmət avadanlığı, təlim və texniki dəstək proqramları və hava-hava və hava-yer silahlarının tam kompleksi daxildir.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur