ABŞ may ayında Avropa İttifaqından pilotsuz uçuş aparatlarının (PUA) idxalını sentyabr ayından bu yana maksimum həddə - 1,2 milyon dollara çatdırıb. Keçən ilin may ayı ilə müqayisədə isə 5 dəfə artırıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Amerikanın statistik məlumatlarını əldə edib.
2024-cü ilin may ayında ABŞ-ın Aİ-dən PUA alması aprel ayı ilə müqayisədə təxminən üç dəfə artaraq 1,2 milyon dolları ötüb. Bu, təxminən 2 milyon dollar dəyərində PUA-ların idxal edildiyi 2023-cü ilin sentyabrından bəri bir ayda ən yüksək idxal həcmi olub.
Üstəlik, ötən ilin may ayı ilə müqayisədə idxal 5 dəfədən çox artıb. Ümumilikdə, cari ilin beş ayının nəticələrinə görə, Avropadan ABŞ-a 2,7 milyon dollar dəyərində PUA gəlib. Bir il əvvəl isə bu rəqəm 2,3 milyon dollar olub.
Maraqlıdır ki, ABŞ 2022-ci ilin iyun ayına qədər Avropa İttifaqından PUA almayıb.
Hüseyn İbadlı