Amerika investisiya bankı “JPMorgan”, Türkiyə Mərkəzi Bankının aprel ayında əsas faiz dərəcəsini 500 baza bəndi - 45%-dən 50%-ə qaldıracağını gözləyir.
Publika.az xəbər verir ki, bu barədə “BırGün” qəzeti məlumat yayıb.
“İnflyasiyanın gözləntiləri aşması Türkiyə Mərkəzi Bankının seçkilərdən sonra (yerli hökumətlər 31 martda – red.) faiz dərəcələrini artırmağa davam edəcəyinə ümidləri artırıb”, - deyə məlumatda deyilir.
Xatırladaq ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, ölkədə illik inflyasiya fevralda 64,86%-dən 67,07%-ə yüksəlib. Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək hökumətin 2026-cı ilə qədər qiymət sabitliyinə və təkrəqəmli inflyasiyaya nail olmağı gözlədiyini bildirib.
Tural