İstanbul valiliyi tərəfindən sahibsiz itin dişlədiyi 6 yaşlı qızin sahibsiz it tərəfindən dişlənməsi barədə məlumat verilib.
Milli.Az 32gun.az-a istinadən bildirir ki, qıza 4 doza quduzluq peyvəndi vurulduğunu və səhhətində heç bir mənfi əlamətin olmadığını bildirilib.
"E.İ.S. 2023-cü il sentyabrın 15-də Esenyurt rayonunun Gökevler mahalında 6 yaşlı qızın sahibsiz itin hücumuna məruz qalmasından sonra sosial şəbəkələrdə uşaqda quduzluq əlamətlərinin olması ilə bağlı paylaşımlar edilib.
"Esenyurtda quduz panikası" başlıqlı yazılar həqiqəti əks etdirmir. Hadisədən sonra E.İ.S adlı uşaq təcili yardımla xəstəxanaya aparılıb və uşağa bütün heyvan hücumlarında (pişik, it və s.) tətbiq edilən rutin prosedura uyğun olaraq quduzluq peyvəndinin ilk dozası vurulub.
Peyvənddən sonra uşaq üzündəki xəsarətlərin müalicəsi üçün Çam Sakura Şəhər Xəstəxanasının Plastik Cərrahiyyə xidmətinə aparılıb. Burada müalicəsi başlayan uşağa indiyədək 4 doza quduzluq peyvəndi vurulub.
E.İ.S-nin müalicə prosesi davam edir və hər hansı bir mənfi sağlamlıq vəziyyətinin əlaməti yoxdur. Uşağın xəsarət almasına səbəb olan sahibsiz it Esenyurt Bələdiyyəsi Baytarlıq İşləri Müdirliyinə bağlı sığınacaqda müşahidə altına alınıb".
Milli.Az