29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ-ın Avropaya təsirini azaltmaq: "Veymar üçbucağı"nı canlandırmaq təklif edildi

09 fev 2024 08:00
GÜNDƏM
ads
Advertisement

​Avropa İttifaqından ABŞ-ın Avropada təhlükəsizliyin təmin edilməsində iştirakını azaltmaq üçün Berlin, Paris və Varşavanın qeyri-rəsmi birləşməsini - Veymar üçbucağını canlandırmaq xahiş olunub.

Publika.az xəbər verir ki, Aİ müdafiə sisteminin bu yeni konfiqurasiyası Məsuliyyətli Hökumət üzrə Quincy İnstitutunun Avrasiya Proqramının kiçik əməkdaşı Artin DerSimonian tərəfindən "Politico" üçün köşə yazısında qeyd olunub.

Müəllifin sözlərinə görə, Almaniya və Fransa şərq müttəfiqlərinin perspektivlərinə daha açıq olmalıdırlar. O qeyd edir ki, 30 ildən çox əvvəl yaradılan Veymar Üçbucağını “aktivləşdirməyin vaxtı çatıb”.

“Çünki Amerikapərəst və NATO-yönlü baxışların güclü olduğu Polşanın iştirakı Vaşinqtonun müstəqil Avropa layihəsi ilə bağlı qorxularını azaltmağa kömək edə bilər”, - deyə materialda vurğulanıb.

Xatırladaq ki, bir müddət əvvəl DerSimonian Ukraynadakı münaqişənin sülh yolu ilə həllini təklif edib. İddia olunur ki, bunun üçün Aİ ölkələri Rusiyanı nahaq yerə təhrik etmədən mühafizə strategiyasına riayət etməlidir, çünki bu, Polşa və Baltikyanı ölkələrin siyasi elitalarının qarşıdurma əhval-ruhiyyəsini azaldacaq.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur