05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

ABŞ-dakı təyyarə qəzasının ŞOK TƏFƏRRÜATI

02 fev 2025 06:00
GÜNDƏM
ads

Vaşinqtonda sərnişin təyyarəsi ilə toqquşan hərbi “Black Hawk” helikopteri VIP missiyanı yerinə yetirirmiş.

QÜTB.AZ xəbər veir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazır.

“ ABŞ Ordusunun “Black Hawk” helikopteri bölmənin əsas vəzifələrindən birini yerinə yetirirdi: paytaxta hücum zamanı ABŞ-ın yüksək səviyyəli liderlərini təhlükəsiz zonaya daşımaq missiyayasına hazırlıq məqsədilə təlim uçuşu”, - nəşr qeyd edib.

WSJ vurğulayır ki, “Black Hawk” təhlükəsizliyə təhlükə yarandığı halda ABŞ rəhbərliyini evakuasiya etmək üçün istifadə edilib.

Nəşr qeyd edir ki, fəlakət Vaşinqtonun tıxaclı hava məkanında belə uçuşların həyata keçirilməsinin riskləri ilə bağlı müzakirələri intensivləşdirib.

Pentaqonun nümayəndəsi bildirib ki, ekipaj səlahiyyətlilərin böhran vəziyyətlərində fəaliyyətini davam etdirə bilməsini təmin edən “hökumətin davamlılığı” proqramı üçün həyati əhəmiyyət kəsb edən marşrut boyunca hərəkət etməyi məşq edirmiş.

Bu uçuşlar 11 sentyabrda baş verənlər kimi nüvə təhlükəsi, kiberhücum və ya terror hücumları zamanı planın bir hissəsidir.

Nəşr yazır ki, adi günlərdə belə helikopterlər şəhərin hava məkanında gərginlik yaradaraq VIP-lərin daşınması üçün istifadə olunur. Proqram icraçıların təhlükəsiz zonalara operativ şəkildə çatdırılmasını nəzərdə tutur.

Fəlakətdən sonra bu işləri görən 12-ci aviasiya batalyonunun fəaliyyəti dayandırılıb. Konqresmenlər hərbi və mülki funksiyaları birləşdirən VIP nəqliyyat uçuşlarının təhlükəsizliyinə yenidən baxılmasını tələb ediblər.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur