Dünən İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsi zaman xəsarət alanların son vəziyyəti açıqlanıb.
Milli.Az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, İsmayıllı rayonunda baş verən qəza ilə əlaqədar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına 6 nəfər (cinsləri kişi olmaqla) yerləşdirilib.
Bildirilib ki, onlardan biri Azərbaycan, digərləri Hindistan vətəndaşlarıdır.
"Pasientlərdən birinin müayinə və müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağırdır.
Digərlərinin isə müalicəsi Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qitymətləndirlir", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, noyabrın 23-də Bakı-Şamaxı-İsmayıllı yolunda "Mercedes Vito" aşıb, altı nəfər xəsarət alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun