10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Ermənistan cərimələndi

08 okt 2025 04:00
DÜNYA
ads
Advertisement

FIFA Ermənistan Futbol Federasiyasını cərimələyib.

 

Qutb.az xəbər verir ki, bu barədə qurum 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi ilə bağlı açıqladığı intizam qərarında məlumat yayıb.

Ətraflı

 

Bildirilib ki, Ermənistan Futbol Federasiyası sentyabr ayında keçirilən oyunlarda baş verən qayda pozuntularına görə 13 min İsveçrə frankı (təxminən 16 min 250 ABŞ dolları) məbləğində cərimələnib.

 

Ali futbol qurumu Portuqaliya ilə qarşılaşmada qeydə alınan pozuntuları da qeyd edib. Buraya komanda tərəfindən edilən qayda pozuntuları, oyun zamanı intizam və təhlükəsizlik qaydalarının pozulması, meydançaya icazəsiz daxil olma və ya buna cəhd, həmçinin fişəng və digər predmetlərin istifadəsi daxildir.

 

Qeyd edək ki, Ermənistanın İrlandiya ilə oyunda da intizam və təhlükəsizlik qaydalarının pozulduğu, fişəng və digər predmetlərin istifadə olunduğu müəyyən edilib. FIFA-nın qərarına əsasən, bəzi hallarda qərarların apellyasiya qaydasında şikayət edilməsi mümkündür.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur