05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Trampın Panama kanalı ilə bağlı planları ÜZƏ ÇIXDI

03 fev 2025 08:00
GÜNDƏM
ads
Advertisement

"ABŞ Prezidenti Donald Tramp Panama kanalında status-kvonu saxlamayacaq".

QÜTB.AZ xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Panama lideri Xose Raul Mulino ilə görüşü zamanı bildirib.

Siyasətçinin sözlərinə görə, buna səbəb Çinin regionda təsirinin xeyli artmasıdır.

Dövlət Departamentinin bəyanatında deyilir ki, Tramp ilkin olaraq Çin Kommunist Partiyasının Panama kanalı üzərində mövcud təsir və nəzarət mövqeyinin kanal üçün təhlükə yaratdığını müəyyən edib.

Bundan əlavə, Rubio qeyd edib ki, Çinin fəaliyyəti Daimi Neytrallıq Müqaviləsini və Panama kanalının istismarını pozur. Amerika tərəfinin fikrincə, bu vəziyyət qəbuledilməzdir. Vəziyyətin gərgin olaraq qalacağı təqdirdə ABŞ hər hansı tədbir görmək niyyətindədir.

Mulino daha əvvəl bildirmişdi ki, Panama hökuməti “Bir kəmər və yol” təşəbbüsü üzrə Çin tərəfi ilə anlaşma memorandumunu uzatmayacaq. Qərar ABŞ-ın bölgədəki hüquqlarını qorumaq üçün “hərəkət görəcəyinə” söz verdikdən sonra verilib. Baxmayaraq ki, Vaşinqton güc tətbiq etməklə bağlı heç bir birbaşa hədə-qorxu gəlməyib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur