14.03.25 | Bakı 11.24° C |
10:06:25
Lent :

Zaqatalada zəncirvari qəza – ölən və yaralananlar var

13 mar 2025 20:00
HADİSƏ
ads
Advertisement

Zaqatala rayonunda üç avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib. Yol-nəqliyyat hadisəsi Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.

 

Qutb.az xəbər verir ki, Muxax kəndi ərazisində “Niva”, “Mercedes” və “Ford” markalı inkassator maşınları toqquşub. Nəticədə “Niva”nın sürücüsü, Zaqatala rayonu Sabunçu kənd sakini 65 yaşlı Şəmsəddin Yunusov aldığı xəsarətlərdən ölüb. Qəza nəticəsində, həmçinin Zaqatala sakinləri 38 yaşlı Şəhla Məmmədova, azyaşlılar Murad və Məhəmməd Əliyevlər, 29 yaşlı Zümrüd Əhmədova, 29 yaşlı Şükür Allahverdiyev, 45 yaşlı Elşən Süleymanov və 47 yaşlı Səbuhi Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.24° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur