Amur vilayətinin Blaqoveşensk şəhərində ölümlə nəticələnən yol qəzası olub.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı polis kapitanının idarə etdiyi "Prius" markalı avtomobil Mazanovski meşə təsərrüfatının 41 yaşlı rəisi Vladimir Znatnovun idarə etdiyi "Nissan Murano" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Vladimir Znatnov yerindəcə keçinib, həyat yoldaşı hakim Natalya Znatnova isə təcili yardımı gələnədək ölüb. Onların iki yaşlı oğlu reanimasiyaya aparılıb və komadadır.
Polis kapitanı kəllə-beyin travması, beyin silkələnməsi, üzündə sıyrıqlar və göyərmə tipli xəsarətlər alıb. Onun barəsində cinayət işi açılıb.
Milli.Az