"Dağıstanda iyunun 23-də baş verən hücumlar 15-dən çox polis əməkdaşının və bir neçə mülki şəxsin həyatına son qoyub".
Publika.az xəbər verir ki, bu barədə respublikanın başçısı Sergey Melikov özünün "Telegram" kanalında yayımladığı videoda bildirib.
"Əllərində silah Dağıstanın əmin-amanlığını qoruyan 15-dən çox polis əməkdaşı bugünkü terror aktının qurbanı olub", - o bildirib.
Qeyd edək ki, onlardan biri Dağıstan İşıqları polis idarəsinin rəisi Mavludin Xıdırnəbiyevdir. O, terrorçularla atışma zamanı ağır yaralanaraq dünyasını dəyişib .
Xatırladaq ki, iyunun 23-də axşam saatlarında Dağıstanın iki şəhərində silsilə terror aktları baş verib. Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, iki sinaqoq və bir yol polisi postu atəşə tutulub. Faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi başlanıb.
Milli Antiterror Komitəsinin məlumatına görə, Dağıstanda keçirilən antiterror əməliyyatı zamanı beş yaraqlı zərərsizləşdirilib .
Hüseyn İbadlı