Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, bayram günlərində muxtar respublikada səkkiz zəhərlənmə halı qeydə alınıb.
Onlardan dördü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.
Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən ikisinə stasionar, altısına isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.
Hazırda hamısının vəziyyəti normaldır.