Əslən Ukraynadan olan məşhur müğənni Lolita Rusiyanı tərk edib.
QÜTB.AZ xəbər verir ki, o, Rusiya-Ukrayna müharibəsi başlayan gündən Kremli dəstəkləyib. Ancaq Lolita indi Rusiyanı tərk etmək qərarına gəlib. O, sosial şəbəkə hesabında 20 saat yolda qaldığını və çox yorulduğunu bildirib.
Məlum olub ki, Lolita anasının və qızının yaşadığı Bolqarıstana gedib.
Müharibənin əvvəlində Lolita anası və qızını Ukraynadan çıxarıb. Onlar 2 ildir ki, yaşadıqları Bolqarıstana köçüblər. Bu zaman Lolita Putinin siyasətini dəstəkləyərək Rusiyada yaşamağa və işləməyə davam edib.