Amerikalı milyarder İlon Mask sosial media hesabında açdığı canlı yayımda “Neuralink”in bir neçə il ərzində minlərlə xəstəyə çatmağı hədəflədiyini açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, şirkət 2026-cı ilə qədər 1000-dən çox insana çip implantasiya etmək istədiyini bildirib.
Qeyd edək ki, “Neuralink” çipi indiyə qədər insult xəstələri üçün ümidverici nəticələr göstərib. Daha əvvəl boyundan aşağı iflic olan Noland Arbaugh adlı şəxs beyin çipi quraşdırıldıqdan sonra bir çox cihazdan istifadə edə və oyunlar oynaya bilib.
Çip xəstələrə robot-əzalarını beyin-əza birləşmələrindən daha sürətli idarə etməyə imkan verir.
"Neuralink" çipi birbaşa beynin sinir hüceyrələrinə qoşula və siqnalları oxuya, şərh edə və hətta yaza bilən bir implantdır.