Rusiyada 34 yaşlı qadın fevralın 13-də saat 13.00 radələrində 13-cü övladını dünyaya gətirib.
Publika.az xəbər verir ki, Vidnovski perinatal mərkəzində qəhrəman ananın beşinci oğlan övladı doğulub. Uşaq doğulan zaman həkimləri heyrətləndirən doğum tarixi və saatı olub.
Qadın etiraf edib ki, onlar mövhumatçı olmasalar da rəqəmlərin gücünə inanırlar. Bundan başqa, ananın digər övladlarının doğum tarixləri sıradan rəqəmlərə təsadüf edib.
Valideyn inanır ki, yeni doğulan körpələri digər bütün qardaş və bacılar kimi, ata-anadan onlara keçən musiqi duyumu bacarığına sahib olacaq. Balaca mütləq ana kimi oxuyacaq və ya ata kimi skripkada ifa edəcək.
Cəmilə