26.02.25 | Bakı -0.97° C |
10:06:25
Lent :

1 həftə qaldı: 75 mindən çox abituriyent ərizəsini TƏSDİQLƏYİB

26 fev 2025 12:00
GÜNDƏM
ads
Advertisement

Fevralın 20-dən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu başlayıb.

Qutb.az-ın Dövlət İmtahan Mərkəzinin portalından əldə etdiyi məlumata görə, indiyədək 77 mindən çox abituriyent qeydiyyatdan keçib.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyənlərin 68 minə yaxın Azərbaycan bölməsi üzrə, 8 minə yaxın rus bölməsi üzrə qeydiyyatdan keçib (ümumilikdə 75 mindən çox).

11 illik təhsil bazasında kolleclərə sənəd verənlərin ümumi sayı isə 67 mindən çoxdur.

Elektron sənədlərin qəbulu 1 həftə sonra, martın 5-də başa çatır. Ərizəsi təsdiqlənməyən abituriyentlər müsabiqəyə buraxılmırlar.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının geniş mətni ilə buradan tanış ola bilərsiniz.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
-0.97° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur