Bakı-Ələt yolunda “BakuBus” MMC-nin balansında olan və Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb.
Bu barədə QÜTB.AZ-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
"Bu gün saat 10:36 radələrində Bakı-Ələt yolunda “BakuBus” MMC-nin balansında olan və Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Təəssüf hissi ilə bildiririk ki, qəza nəticəsində bir sərnişin həyatını itirib, daha bir sərnişin isə təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Həyatını itirən xanım sərnişinə Allahdan rəhmət diləyir, yaralı sərnişinə şəfa arzu edirik."- məlumatda qeyd olunub.
Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır.