08.04.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

ABŞ Ukrayna ilə bağlı belə qərar verə bilər

27 yan 2024 23:00
GÜNDƏM
ads

Ukrayna ABŞ-ın hərbi yardımla bağlı qərarını gözləyir. Bu, indi kritik məqamdır.

Publika.az xəbər verir ki, bu fikir Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatında yer alıb.

Zelenski bildirib ki, son bir ayda Ukrayna müdafiə paketlərində yaxşı dinamikaya malik olub.

"Əlbəttə ki, göydə nəzarətə və yerdə daha böyük imkanlara, xüsusən artilleriyaya nail olmaq üçün daha çox gücə ehtiyacımız var. Amma bizim üçün nə qədər çətin olsa da, artilleriya, raketlər və hava hücumundan müdafiə sursatları ehtiyatımız var. Hər kəsə - əsgərlərimizi və ukraynalıların həyatını müdafiə edən ölkələrə təşəkkür edirəm”, - deyə Prezident bildirib.

Zelenskinin sözlərinə görə, tərəfdaşların köməyi sayəsində bu ay yüzlərlə Rusiya raketi və pilotsuz təyyarəsi vurulub.

"Biz tərəfdaşlarla işləməyə davam edirik. Biz Amerika Birləşmiş Ştatlarından müvafiq qərar gözləyirik - bu çox vacibdir", - deyə Ukrayna Prezidenti vurğulayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur