Oxuyub-yazmağı bacarmayan şagirdlərin sayı açıqlandı
2023-cü ildəki imtahan nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin oxuyub yazmaqda çətinlik çəkdiyi məlum olub.
QÜTB.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat verilib.
Qeyd olunub ki, rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı aşağıdakı kimidir:
"Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və Bakı şəhərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Cəlilabad və Qobustan rayonlarından olub".