ABŞ Demokrat Partiyasının getdikcə daha çox nümayəndəsi vitse-prezident Kamala Harrisi qarşıdan gələn prezident seçkilərində Ağ Evin sahibi Co Baydenə yeganə mümkün alternativ kimi görür.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşr qeyd edibki, Baydenin yerinə namizədin dəqiq necə seçiləcəyi hazırda məlum deyil. Bir çox demokratlar Harrisin istənilən məhkəmədə qalib gəlmə ehtimalının daha yüksək olduğunu deyir. Televiziya şirkəti vurğulayır ki, onun namizədliyi ilə bağlı razılaşma bütövlükdə mövcud vəziyyətdən yorğunluqla bağlıdır.
Bundan əvvəl “Newsweek” bukmeker agentliklərinin məlumatlarına istinadla xəbər vermişdi ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizədliyə iddialılar siyahısına başçılıq edir.
Hüseyn İbadlı