27.04.24 | Bakı 26.03° C |
14:04:04
Lent :

Ölkədə 12 min məktəbliyə bu risklər barədə məlumat veriləcək

20:00 27.03.2024
ELM VƏ TƏHSİL
ads

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin “Məktəblinin Dostu” layihəsi arasında Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən Publika.az-a bildirilib ki, məqsəd “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna və “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”nın 8.8.2.2-ci yarımbəndinə əsasən, uşaqların internetdən təhlükəsiz istifadə imkanlarının möhkəmləndirilməsi üçün maarifləndirmə tədbirlərinin intensiv həyata keçirilməsidir. Bununla da ETX daha geniş auditoriyaya çatmağı, həmçinin məktəblilərin kibertəhlükələr və onlayn risklər haqqında məlumatlılığının artırılmasına nail olmağı planlaşdırır.

Layihə çərçivəsində Bakı və Abşeron üzrə 66, bölgələr üzrə isə 11 məktəbdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində ümumilikdə 12 min məktəblinin kibertəhlükəsizlik qaydaları və onlayn risklər barədə məlumatlandırılması hədəflənir.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az