05.05.24 | Bakı 16.03° C |
04:05:30
Lent :

Bakıda məşhur məktəb bağlanır

14:00 25.04.2024
ELM VƏ TƏHSİL
ads

Bakıda yerləşən məşhur təhsil ocaqlarından biri əsaslı təmirə bağlanacaq.

Publika.az Bakı.vs-yə istinadən xəbər verir ki, söhbət Yasamal rayonu, Mikayıl Müşviq küçəsində yerləşən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasından gedir.

Təhsil ocağının təmirə bağlanacağı ilə bağlı məlumatı İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova təsdiqləyib.

O bildirib ki, dərslər qurtaran kimi iyun ayından təmir işlərinə başlanılacaq:

"Təhsil ocağı əsaslı təmirə gedəcək. Təmir işlərinin bir il ərzində aparılması nəzərdə tutulub. Yeni tədris ili başlayan zaman şagirdlərin 189 və 190 nömrəli məktəbələrə köçürülməsi planlaşdırılır. Amma bu, tam dəqiqləşməyib. Valideynlər bu barədə dəqiq məlumatlandırılacaq".


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az