Rusiya Dövlət Duması orta tibb və əczaçılıq ixtisasları üzrə elektron və distant təhsilə qadağa qoyan qanun layihəsinə baxacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, qanun layihəsinə bu həftə baxılacaq. Təşəbbüs ilk növbədə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib. Əlavə tibb təhsili proqramlarının işlənib hazırlanması və təsdiq edilməsi məsələsi Səhiyyə Nazirliyinə həvalə edilməlidir.
"Orta tibb və əczaçılıq təhsilinin əsas proqramlarının həyata keçirilməsində müstəsna elektron və distant təhsildən istifadəyə qadağa qoyulması təklif olunur" - deyə Volodin yazıb.
O, həmçinin əlavə edib ki, qanun layihəsində təhsil təşkilatları üçün yeni qaydalar nəzərdə tutulub. Təşəbbüs onları Səhiyyədə Nəzarət Federal Xidmətindən ("Roszdravnadzor") nəticə almağa məcbur etməlidir. Əgər bunu edə bilməsələr, o zaman tələbələrin başqa təhsil müəssisələrinə köçürülməsi təmin olunacaq.
Adəm Abbaslı