I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçirilən qəbul imtahanında iştirak etmək üçün ərizə təsdiq etmiş 35966 abituriyentdən (I qrup üzrə 30058 nəfər, IV qrup üzrə 5908 nəfər) 1871 nəfər (I qrup üzrə 1707 nəfər, IV qrup üzrə 164_ nəfər) imtahanda iştirak etməyib.
Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən xəbərə görə, imtahanda iştirak edən abituriyentlərdən 11 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.