03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Ukrayna Prezident Ofisi: "Effektiv hücum üçün kifayət qədər silahımız yoxdur"

03 avq 2022 07:02
DÜNYA
ads

Rusiyanın genişmiqyaslı işğalının altıncı ayındayıq və bu gün Ukrayna Silahlı Qüvvələrində ağır silahlar kifayət qədər deyil".

 UNIAN-a istinadən xəbər verilir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Oleksey Arestoviç deyib.

"Nəzərə almaq lazımdır ki, Ukrayna ordusu ümumilikdə, 2600 km-dən çox sərhədi qorumalıdır. Bununla yanaşı, müdafiə qüvvələrimiz 1300 km-lik cəbhə xəttindən mübarizə aparmalıdır. Buna baxmayaraq, tam və effektiv hücum üçün bizim kifayət qədər ağır silahımız yoxdur. Bu, lokal savaş deyil, 1945-ci ildən bəri ən böyük qitə müharibəsidir”, - o bildirib.

Arestoviç söyləyib ki, mövcud silahlarla bu qədər ciddi döyüşlərin öhdəsindən gəlmək mümkün deyil.

O həmçinin qeyd edib ki, əgər Qərbi Avropanın hər bir ölkəsi Ukraynanı Polşa kimi qətiyyətlə dəstəkləsəydi, o zaman artıq Vladivostokda olardılar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur