05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

01 fev 2025 00:01
DÜNYA
ads
Advertisement

Kiyev Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir.

QÜTB.AZ xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

“Artıq 2025-ci il üçün müqavilələr var. Əsas prioritet F-16 proqramıdır. Qırıcıların növbəti partiyasının 2025-ci ildə təhvil verilməsini gözləyirik və pilotların, mühəndis-texniki heyətin təlimlərini davam etdiririk”, - deyə nazir vurğulayıb.

Umerov qeyd edib ki, Niderland 2025-ci ildə Ukraynaya yardım proqramını əhəmiyyətli dərəcədə artırıb.

Qırıcıların tədarük sayı və vaxtı açıqlanmayıb. Ümumilikdə Niderland Ukraynaya 24 ədəd F-16 qırıcısı tədarük edəcəyinə söz verib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur