Bakıda bu gün geomaqnit qasırğası olacaq.
Publika.az xəbər verir ki, qasırğa günorta saat 15:00-dan etibarən hiss edilməyə başlayacaq və saat 21:00-dək davam edəcək.
Maqnit qasırğalara meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.