Unibank KB ASC yeni havalandırma, kombi və kondisioner sisteminin alınması üçün tender
keçirir. Tenderdə iştirak etmək istəyənlər qiymət təkliflərini bağlı və möhürlənmiş zərfdə
Tender komissiyasının sədri Faiq Zeynalovun adına ünvanlamalıdırlar. Zərflərin qəbulu üçün
son tarix 02.10.2024-cü il, saat 12.00-dır. Zərflər Unibankın Baş ofisinə (Rəşid Behbudov-
55) göndərilməlidir.
Qeyd edək ki, tenderdə qalib gələn şirkət həmin alqı-satqı ilə bağlı bank hesabını “Unibank”
KB ASC-də açmalıdır. Texniki şərtlər bankın saytında yerləşdirilib. Bu şərtlər
(https://unibank.az/az/news/retail/1504/unibank_kb_asc_yeni_havalandirma_kombi_ve_kondisioner_
sisteminin_alinmasi_uchun_tender_kechirir ) avadanlıqlar üçün tələb olunan ən minimal
tələblərdir. Təkliflərdə çatdırılma müddəti və avadanlıqların markalarının qeyd olunması
mütləqdir.
Tenderin şərtləri ilə bağlı hansısa sual yaranarsa, iştirakçılar Elchin.Salamov@unibank.az
elektron ünvanına müraciət edə bilərlər.
Unibank- Sənin Bankın!