İzmirdə yaşayış binasında baş verən yanğınla bağlı araşdırmalar davam etdirilir.
QÜTB.AZ xəbər verir ki, rəsmi qurumların verdiyi son məlumata görə, yaralı işçilərin müalicəsi davam edir. Onların vəziyyətində hələlik bir dəyişiklik yoxdur.
Partlayışın səbəbi isə hələ də müəyyən edilməyib.
***
İzmirdə yaşayış binasında baş verən yanğın nəticəsində yaralananların sayı 10-a çatıb.
QÜTB.AZ xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.
Ölənlərin sayının artacağı istisna edilmir.
***
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda tikintisi tamamlanmamış yaşayış binasında yanğın olub.
QÜTB.AZ ölkə mətbuatına istinadən xəbər verir ki, mənzillərdən birində istimə qazanı partlayıb. Partlayış yanğınla müşayiət olunub.
Yanğın nəticəsində səkkiz nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.