29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

NATO masasında YENİ UKRAYNA PLANI: Tramp qalib gəlsə, nə baş verəcək?

07 iyl 2024 22:00
GÜNDƏM
ads

Şimali Atlantika Müqaviləsi Təşkilatının ( NATO ) nümayəndələri Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya uzunmüddətli dəstəyin təmin edilməsi planı hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb .

Nəşrin məlumatına görə, planda üç əsas məqam var. NATO mümkün münaqişələri azaltmaq üçün Tramp qalib gələcəyi təqdirdə onunla münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Blok həmçinin Avropa ölkələrində müdafiə xərclərini artırmağa hazırlaşır. Bundan əlavə, alyans Trampın NATO işlərinə müdaxiləsindən qorunmaq üçün yeni diplomatik və hüquqi tədbirlər hazırlamaq niyyətindədir.

İyulun 7-də “Politico” yazıb ki , ABŞ-ın NATO müttəfiqləri Amerika prezidenti Co Baydenin ölkədə keçiriləcək prezident seçkilərində qalib gələ bilməyəcəyindən ehtiyat edirlər.

Həmin gün Pentaqonun keçmiş müşaviri Teodor deyib ki, NATO ölkələrinin Ukrayna ilə bağlı dəqiq strategiyası yoxdur, ona görə də xaotik qərarlar qəbul edirlər.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur