Fransa fevralın 22-də Ermənistana yeni silahlar göndərəcək.
Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri məlumat yayıb.
Silah təchizatına “Ground Mater” (GM 200) radarı, gecəgörmə cihazları və durbinlər daxildir.
Nəşr yazır ki, İrəvan və Paris arasında imzalanan hərbi əməkdaşlıq sazişinə uyğun olaraq, Fransa ordusu bu il erməni hərbçilər üçün 3 dağ döyüş hazırlığı kursu keçirəcək.
Ermənistan baş naziri Nikol Paşinyanın Fransaya səfəri zamanı bu ölkənin prezidenti Emmnuel Makron İrəvana hərbi dəstəyi davam etdirəcəklərini bildirib.
Asif