16.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Baş nazir Sahil Babayevə tapşırıq verdi

11 apr 2025 18:00
İQTİSADİYYAT
ads
Advertisement

İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Qutb.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-2029-cu illər üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri, Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, büdcə dayanıqlığı və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan OMBÇ və 2026-cı il və sonrakı üç il üçün büdcə proqnozları barədə Maliyyə naziri Sahil Babayevin geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri tərəfindən çıxışlar olunub və müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla büdcə proqnozları barədə qərarlar qəbul olunub. Maliyyə nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur