11.01.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Dərman qıtlığı var - Xəstələr öləcək

11 yan 2025 08:00
GÜNDƏM
ads
Advertisement

2024-cü ildə Niderlandda 1563 müxtəlif növ dərman çatışmazlığı var idi.

QÜTB.AZ xəbər verir ki, bu barədə Niderland Əczaçıları Kral Assosiasiyası məlumat yayıb.

Məlumata görə, Niderlandda 4,5 milyondan çox insan hələ də preparat çatışmazlığından əziyyət çəkir. Ötən il kəsir rekord həddə çatıb. Dərman çatışmazlığının orta müddəti 104 gün təşkil edir. Bununla belə, bir ildən çoxdur ki, 31 dərman tapılmır.

Niderland Pasiyentlər Federasiyasından Tiymen Hendriksenin sözlərinə görə, bir çoxları gələn ay dərmanlarını qəbul edib-etməyəcəyini düşünür, buna görə də, bəzi xəstələr dərmanlarını xaricdən alırlar. “Hər beş haldan birində fərqli bir dərman istifadə olunur. Bu, xərclərin artmasına və digər yan təsirlərə səbəb ola bilər”, - deyə Hendriksen qeyd edir.

İki yüzə yaxın həyati vacib dərman çətinliklə tapılır. Bu, antibiotiklər, xərçəng əleyhinə preparatlar, astma dərmanları və iltihab əleyhinə dərmanlara aiddir. Çatışmayan dərmanlardan 193-ü “həyati vacibdir”. Bu, bir neçə saat ərzində lazım olan resurslardır, çünki əks halda xəstə öləcək.

Ekspertlərin fikrincə, preparat qıtlığı probleminin həlli görünmür. Daha yüksək dərman qiymətləri Niderlandı gözləmə siyahısında birinci yerə qoyur.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
138 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur