ABŞ Prezidenti Co Bayden və onun köməkçiləri İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağındakı vəziyyətlə bağlı Amerikanın tövsiyələrinə əməl etməkdən imtina etməsindən getdikcə daha çox narazıdırlar.
Publika.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb.
"Prezident Bayden və digər ABŞ rəsmiləri Netanyahudan və onun Qəzzadakı müharibə ilə bağlı ABŞ-ın son sorğularının əksəriyyətini rədd etməsindən qıcıqlanırlar", - mənbə bildirib.
ABŞ administrasiyasındakı bir mənbə "prezidentin səbrinin tükəndiyini", digəri isə Vaşinqtonun "böyük məyusluq yaşadığın"ı bildirir.
Bundan əvvəl Co Bayden İordan çayının qərb sahili və Qəzza zolağına humanitar yardım üçün yüz milyard dollar ayrıldığını açıqlamışdı. O, beynəlxalq ictimaiyyəti Qızıl Xaç Cəmiyyətinin münaqişə zonasında regiondakı xəstəxanalara çıxışını təmin etməyə, habelə humanitar yardımın çatdırılması üçün təhlükəsiz dəhlizlər yaratmağa çağırıb.
Hüseyn İbadlı