03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Bu gün Millətlər Liqasında pley-off oyunları var: Türkiyə - Macarıstan

20 mar 2025 10:00
İDMAN
ads

Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin oyunlarına start verilir.

Qutb.az xəbər verir ki, bu mərhələ UEFA Millətlər Liqasının növbəti yarışı üçün A, B, C və D liqalarının tərkibini müəyyən edəcək.

A/B liqaları arasında pley-off oyunları

A Liqasında üçüncü yeri tutan dörd komanda B Liqasında ikinci yeri tutan dörd komanda ilə qarşılaşacaq. 
Cütün qalibləri növbəti mövsüm A Liqasında, məğlub olanlar B Liqasında yarışacaq. 

B/C liqaları arasında pley-off oyunları

B Liqasında üçüncü yeri tutan dörd komanda C Liqasında ikinci yeri tutan dörd komanda ilə qarşılaşacaq. Hər cütün qalibi növbəti mövsüm B Liqasında, məğlub olanlar C Liqasında  iştirak edəcək.

C/D Liqaları arasında pley-off oyunları

C Liqasında üçüncü yeri tutan iki ən yaxşı komanda D Liqasında ikinci yeri tutan iki komandaya qarşı oynayacaq. Hər cütün qalibi C Liqasında, məğlub olanlar isə D Liqasında növbəti püşkatmada oynayacaq.

Qeyd edək ki, məğlub komandalardan biri növbəti mövsüm D liqasında Azərbaycan millisinin potensial rəqibi olacaq. 

20 mart

Millətlər Liqasın pley-off mərhələsi, ilk oyunlar
 

A/B liqaları
 

21:00. Türkiyə - Macarıstan 

23:45. Ukrayna - Belçika 

23:45. Avstriya - Serbiya 

23:45. Yunanıstan - Şotlandiya 
 

B/C liqaları
 

21:00. Ermənistan - Gürcüstan 

23:45. Kosovo - İslandiya 

23:45. Bolqarıstan - İrlandiya 

23:45. Slovakiya - Sloveniya 

A/B liqaları və B/C liqalarında pley-off mərhələsinin cavab oyunları martın 23-də keçiriləcək.


26 mart, ilk oyunlar
 

C/D Liqaları 
 

21:00. Cəbəllütariq - Latviya 

21:00. Malta - Lüksemburq 
 

C/D Liqalarında pley-off mərhələsinin cavab oyunları martın 31-də keçiriləcək.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur